Sumqayıt şəhərində xəstəxanada müalicə olunan qadın intihar edib.

Unikal.org report-a itinadən xəbər verir ki, hadisə 2 saylı Şəhər Xəstəxanasında baş verib.

Şəhərin Corat qəsəbə sakini, 1952-ci il təvəllüdlü Məhrubə Əsgərova müalıcə aldığı xəstəxananın 5-ci mərtəbəsidə yerləşən palatadan özünü ataraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.