20 avqust 2018-ci il, Bakı - Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar 22 və 23 avqust qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Unikal.org xəbər verir ki, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək.

Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər:

Əlaqələndirici şəxs: Azər Quluyev
Tel: (+994) 70 908 62 21
Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı əlavə olunur.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.