Dağıstan Respublikasının Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti bəzi məhsulların Azərbaycandan Rusiyaya keçirilməsinə icazə verməyib.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, səbəb kimi əmtəə yüklərində karantin zərərli maddə olan Şərq güvəsinin aşkarlanması göstərilib.

Buna görə də "Yaraq-Qazmalar keçid məntəqəsində aparılan yoxlamalar zamanı 37,5 ton gavalı geri qaytarılıb.