Maliyyə nazirinin keçmiş müşaviri Namiq Xəlilov işdən çıxması ilə bağlı ötən həftə mətbuatda yayılmış məlumata aydınlıq gətirib.

Unikal.org xəbər verir ki, o, "Reporta açıqlamasında vəzifəsini, təxminən, 6 ay bundan əvvəl tərk etdiyini bildirib.

"Bu ilin aprel ayından mən Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı ticarət nümayəndəliyində baş məsləhətçi vəzifəsində çalışıram, - keçmiş müşavir qeyd edib.

Qeyd edək ki, N.Xəlilovun vəzifədən azad edilməsi ilə bağlı ilk xəbəri Unikal.org saytı yayıb.