Çingiz Qənizadə:

Çingiz Qənizadə: "Baş verən hadisədən şou düzəltmək biyabırçılıqdır"

"Mən hadisə baş verən günü İmişlidə islam dəyərləri ilə bağlı keçirilən konfransda idim. Lakin hadisə ilə bağlı bir çox məlumatlar əldə etdim. Xüsusilə də, müxalifət liderlərinin "Facebook"da yanğın hadisəsi zamanı dövlət tərəfindən yanğının söndürülməsi ilə bağlı proseslərə kölgə saldıqlarına bir daha şahid oldum".
Bunu millət vəkili Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, müxalifət hakimiyyətə qarşı qara yaxmalarını sərgiləməkdədirlər: "Mən həmişə çıxışımda bu fikri dönə-dönə demişəm və bu gün də deyirəm ki, mübarizəni kişi kimi aparmaq lazımdır. Komissiyanın iclasında etdiyi çıxış zamanı bir daha şahid olduq ki, dövlət başçısı bu hadisənin təsiri altındadır. Çıxışı zamanı ölkə Prezidenti çox haqlı olaraq bir çox məsələləri ortaya qoydu. Xalq bütün bunların şahidi oldu. Amma bu gün müxalifətin baş verən hadisədən şou düzəltməsi və dövlətə, hakimiyyətə qarşı manipulasiya edərək öz xeyirlərinə imic formalaşdırmağa çalışması yolverilməzdir, biyabırçılıqdır və bunu edənlərə ar olsun deyirəm".