Arzu

Arzu Nağıyev: "Ermənistan üzərində qələbəmiz çox yaxındır"

Siyasi icmalçı Arzu Nağıyev ötən həftə Riqada Şərq tərəfdaşlığı proqramı üzrə üzv dövlətlərin sammitinə Azərbaycan prezidentinin getməməsinə müsaibət bildirərək deyib ki, bu proqram üzrə olan bütün sammitlərdə Azərbaycan daim iştirak edib və Avropa ilə müəyyən fikirlərimiz üst-üstə düşür, yəni münasibətlərimiz normal idi.
Lakin son vaxtlar Avropa Şurası və Şərq tərəfdaşlığı proqramına qoşulanlar arasında Azərbaycana müəyyən təpkilər görünür. Bu, ilk Avropa Oyunları öncəsi daha da qabarıq bir formada özünü göstərir. Guya ki, Azərbaycanda insan hüquqlarının pozulması, siyasi məhbuslara amnistiyaların verilməsi və bu istiqamətdə müəyyən tələblərin olmasıdır. Sammitdən öncə jurnalistlər üçün keçirilən brifinqdə Avropa yenə də Azərbaycanı günahkar çıxarmağa çalışdı. Belə düşünürəm ki, belə məsələlərin olduğu yerdə heç Azərbaycan prezidentinin iştirakı doğru deyildi. Eyni zamanda, Binəqədidə yaşayış binasında baş verən yanğın hadisəsi və prezidentin sıx iş qrafiki bu tədbirdə iştiraka mane oldu. Düşünürəm ki, ölkə başçısının bu addımı təqdirəlayiq haldır. Azərbaycanın Avropa İttifaqı, Şərq Tərəfdaşlığı Proqramından əsas istəyi Dağlıq Qarabağ məsələsinə münasibətdir. Bizim bu gün Avropa İttifaqından istəyimiz Dağlıq Qarabağ məsələsinə obyektiv yanaşmadır. Bu münaqişə ilə bağlı mövcud sənədlərin yerinə yetirilməsidir. Təbii ki, biz Şərq Tərəfdaşlığı Proqramı üzrə hərəkət edə bilərik, lakin burada Azərbaycanın istəkləri də yerinə yetirilməlidir:"Bu gün TAP, TANAP layihələrinin icrası zamanı Azərbaycan əsas istiqaməti Avropaya tərəf götürüb. Avropa da bu gün Azərbaycanın enerji ehtiyatlarına ehtiyacı olduğunu bilir. Avropa Rusiya ilə normal münasibət qura bilməməsində o ölkəyə qarşı sanksiyalar tətbiq etdiyindən dolayı Azərbaycanla normal münasibətlər qurmalıdır. Avropa da enerji təhlükəsizliyi məsələsində Azərbaycana böyük ümid bəsləyir. Lakin bu qalır bir kənarda, onlar insan hüquqları məsələlərinə diqqət cəm edirlər. Bu gün Azərbaycan öz sözünü deyən, öz dəst-xətti olan bir Avropa dövlətinə çevrilir. Onları qıcıqlandıran məqamlar da elə buradan başlayır. Necə olur ki, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir? Məhz bunlardan irəli gələrək QHT və ya partiyalar vasitəsilə başlayırlar təzyiqləri artırmağa. Bu QHT-lər də onlara verilən qrantların, vəsaitlərin hesabına nəsə bir iş görmək istəyirlər. Onların da əsas qrant mənbələri Qərbdədir. Beləliklə, Avropa öz dediyində israrlıdır. Belə düşünürəm ki, Azərbaycan çox düz yol tutub".
Fuad