Xaləddin İsgəndərov istintaqa çağrılmayıb-Rəsmi açıqlama
Binəqədi rayonu ilə bağlı şayələr hər dəqiqə artır. Bununla bağlı rəsmi açıqlama verən Binəqədi rayon İcra hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova açıqlama ilə çıxış edib. O deyib:" Biz rəsmi qaydad bildiririk ki, istintaq getdiyi üçün və istintaqın gedişinə kömək məqsədilə Xaləddin İsgəndərova hadisə ilə bağlı suallar verilə bilər. Lakin bununla bağlı istintaqa çağırılma olmayıb. İcra başçısı səhərdən axşama kimi iş başındadır.
Demək olar ki, hər gün yanğın olan binanın yanına gedir, oradakı işlərlə maraqlanır, sakinlərlə görüşür. Bəzi mətbuat orqanlarında da istintaqa cəlb olunanların adları verilir. Hesab edirəm ki, bu istintaq sirridir".
Şöbə müdiri Xaləddin İsgəndərovun həbs olunacağı ilə bağlı xəbərlərin doğru olmadığını deyib.
"Binanın fasadlarının üzlənməsində məsul olan şəxslər və qurumlar var. Təbii ki, bu hadisə rayon ərazisində baş verdiyindən Xaləddin İsgəndərova sual ünvanlana bilər. Bu, təbiidir. Sualların ünvanlanacağı birinci yer icra hakimiyyətidir. Amma ona da şübhə yoxdur ki, qanun və istintaqın yekunu nəyi göstərəcəksə, o yekun da bizim üçün ali olacaq. -deyə N.Allahyarova bildirib.