Nazim İbrahimov qardaşından imtina etdi

Nazim İbrahimov qardaşından imtina etdi

Hacı İbrahim bu prosesdə tam müflisləşərsə və həbsdə uzun müddət qalarsa, bu mülklər avtomatik olaraq qardaşlarının ixtiyarına keçəcək

Bu günlərdə həbs edilən Hacı İbrahim Nehrəmliyə ən ağır zərbə qardaşlarından gəldi.
Belə ki, ilk növbədə kiçik qardaşı Natiq İbrahimov açıqlama verərək bildirdi ki, onun qardaşı ilə heç bir əlaqəsi yoxdur və onun işlərinə qarışmırdı. O bildirib ki, uzun müddət jurnalist kimi işləyib və heç vaxt Hacı İbrahimin işləri ilə maraqlanmayıb. Əslində isə Hacı İbrahim hər zaman Natiq İbrahimovla sıx əlaqədə olub və böyük qardaş kimi ona istənilən köməyi edib. İndi isə bildirilir ki, Hacı İbrahimdən digər qardaşı, Diaspor Məsələləri Dövlət Komitəsinin sədri Nazim İbrahimov da qardaşından imtina edib.Əslində bu Nazim İbrahimovun maraqlarına cavab verir. Amma "Unikal"a daxil olan məlumatda başqa fikirlər səsləndirilir. Belə ki, mənbə deyir ki, artıq bir neçə ildir ki, Hacı İbrahimlə Nazim İbrahimovun münasibətləri gərgindir. Bunun başlıca səbəbi isə biznes maraqlarının toqquşmasıdır. Bu toqquşmanın kökləri Ukraynaya belə gedib çıxır. Mənbənin sözlərinə görə hər iki qardaş illər öncə Ukraynada müştərək biznes qurmuşdular. Əsasən tikinti materiallarının alqı-satqısı ilə məşğul olublar. O zaman qardaşların toqquşması başlayıb.
Daha sonra isə Azərbaycana birdəfəlik köçən və biznesə başlayan qardaşlar dəyəri milyonlarla manat həcmində olan torpaq və mülk sahibi olublar. Nazim İbrahimovla Hacı İbrahim arasındakı növbəti savaş da məhz şərikli olduqları və başqa qohumlarının adına sənədləşdirilən torpaq sahələri ilə bağlıdır. Mənbə bildirir ki, Hacı İbrahim bu prosesdə tam müflisləşərsə və həbsdə uzun müddət qalarsa bu mülklər avtomatik olaraq Nazim İbrahimovun və digər qardaşlarının ixtiyarına keçəcək. Görünür, buna görə Hacı İbrahimdən hələ çox adam imtina edəcək.Yeri gəlmişkən adı çəkilən torpaq sahələrinin əksəriyyəti dənizkənarında yerləşir.Bir məqama da toxunaq ki, Diaspor Məsələləri Dövlət Komitəsinin sədri Nazim İbrahimov hər zaman mətbuatda müxtəlif məsələlərə münasibət bildirir, özünə qarşı səslənən ittihamlara gücü çatdığı qədər cavablar verirdi. Amma qardaşının həbs olunmasına bu günə qədər nə münasibət bildirib, nə də hansısa rəy səsləndirib. Bu isə bir daha sübut edir ki, Nazim İbrahimov bu məsələdən öz xeyri üçün yararlanmaq xətti tutub.
İnformasiya şöbəsi