Rövnəq Abdullayevin absurdu

Rövnəq Abdullayevin absurdu

SOCAR-ın müasir gəmiqayırma zavodu var, amma gəmilər Avstraliyada inşa ediləcək

"Caspian Marine Services" şirkəti Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə alyans çərçivəsində Avstraliyanın "Austal" gəmiqayırma şirkətini Xəzərdə iş aparmaq üçün 70 metrlik sürət sərnişin gəmisinin inşası üzrə podratçı qismində seçib. Bu barədə "Austal" şirkətinin saytı məlumat verir.
İnformasiyaya görə, müqavilənin qiyməti təqribən 34 milyon dollardır. "150 sərnişin tutumu olacaq gəmi "Austal"ın iki zavodunda tikiləcək. Gəmi 2016-cı ildə yığılmağa hazır olacaq. O, Xəzər dənizində SOCAR və BP-nin platformalarına insan və yük daşıyacaq", deyə məlumat verilir.
SOCAR və Caspian Marine Services alyansı on il müddətinə 2006-cı ilin mayında imzalanan sazişlə yaradılıb. Sazişə əsasən, alyans xarici şirkətlərə xidmət üçün SOCAR-ın neft dəniz donanmasının gəmilərindən istifadə edəcək, onları modernləşdirəcək. Əsas sifarişçilər SOCAR, BP-Azerbaijan və Lukoildur.
Bu, Azərbaycanın Avstraliya gəmiqayırma şirkətlərinə sərnişin gəmisi tikmək üzrə ikinci sifarişidir. 18 dekabr 2014-cü ildə Bakıda "Müslüm Maqomayev" gəmisi istismara verilib. Gəmi Avstraliyanın "Incat-Tasmania" zavodunda tikilib. Uzunluğu 70 metrdir. Xəzərdə gəmini Caspian Marine Services istismar edəcək.
Amma SOCAR-ın tələsik gəmiqayırma zavodu tikməsi (Socar 65%, AİŞ 25%, Sinqapurun Keppel Offshore & Marine şirkəti 10%) müəmmalıdır. Bu zavod 2013-cü ilin sentyabrında istismara verilib.
Tikinti zamanı deyilmişdi ki, yeni müəssisə ildə dedveyti 15 min ton olan 4 tanker və ya 70 min ton olan 2 tanker tikəcək. Zavod ildə 4 təchizat və qoşqu gəmisi istehsal edə 80-100, o cümlədən hərbi gəmi təmir edə bilər. Sonra sərhədçilər ayrıca zavod tikdi. SOCAR-ın zavodu isə "Şahdəniz-2" çərçivəsində bir sifariş aldı.
Amma ölkə gəmiqayırma zavodunun tikintisinə 470 mln. dollar vəsait xərcləyib. Zavod tikiləndən sonra SOCAR xaricdə iki gəminin tikintisinə 70 mln. dollar xərcləyib
Sənan Mirzə