Zakir

Zakir Qaralov kadr dəyişikliyi etdi
Qaradağ rayon prokuroru vəzifəsindən uzaqlaşdırıldı

Bakı şəhərinin Qaradağ rayonunun prokuroru Fəxrəddin Pənahov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsindən azad olunub.
F.Pənahov Bakı şəhər Prokurorluğuna təyinat alıb.
Qeyd edək ki, F.Pənahov Qaradağ rayonunun prokuroru vəzifəsindən öncə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsində çalışıb.

Hüseyn Bağırov Şamaxıda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyulun 3-də Şamaxı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, qəbul zamanı Şamaxı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonları sakinlərinin müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-in 168 saylı "Qaynar xətt"i, həmçinin Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (telefonlar: 051-843-
47-90, 050-525-50-15, 020-26-5-15-92) ilə əlaqə saxlamaları xahiş olunur.