Avropalı və rusiyalı vətəndaş cəmiyyəti olmayan Ermənistandan imtina edəcək

Bu gün vətəndaş cəmiyyətinin və dövlət quruculuğunun olmadığı subyektlər dünya tərəfindən birmənalı şəkildə rədd edilməyə başlayıb. Bu sırada artıq Ermənistan da çıxılmaz duruma düşməyə başlayıb. Uzun illər erməni lobbisinin və xristian faktorunun təsirinə görə dünyada saxta hörmətlərə sahiblənən Ermənistan indi gülünc hala düşür. Çünki dünya görür ki, Ermənistanda nə vətəndaş cəmiyyəti var, nə də dövlət quruculuğu. Ermənistan sadəcə olaraq Rusiyanın bir bazası rolunu oynayır. Düzdür son zamanlar Ermənistanda Rusiyaya qarşı nifrət hiss olunmağa başlayıb. Amma digər tərəfdən görürük ki, Rusiya hər zaman olduğu kimi yenə də Ermənistanı maliyyələşdirməkdədir. Elə götürək son olayı. Belə ki, Ermənistan "Suvarma sistemlərinin müasirləşdirilməsi" proqramı üçün Rusiyadan 40 milyon dollar kredit alacaq.
Ermənistanın maliyyə naziri Qagik Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Stabilləşmə və İnkişaf Fondunun Moskvada keçirilən iclasında iştirak edib. Fond Ermənistanın "Suvarma sistemlərinin müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsi üçün bu ölkənin müraciətini müsbət cavablandırıb. Kredit illik 2%-lə, ilk 10 ili güzəştli olmaqla, 20 il müddətinə verilib. Səfər zamanı Q. Xaçatryan rusiyalı həmkarı Anton Siluanovla da görüşüb. Nazirlər Ermənistanın Gömrük İttifaqı və vahid iqtisadi məkana qoşulması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə Ermənistan Maliyyə Nazirliyinə 14,1 milyon dollar əvəzsiz yardım ayrılması haqqında saziş imzalayıblar. Xatırladaq ki, ötən həftə Rusiya ilə Ermənistan arasında bu ölkəyə 200 milyon dollar güzəştli kredit ayrılması haqqında saziş imzalanıb. Bu məbləğin Ermənistan ordusu üçün müasir silahlar alınmasına xərclənəcəyi açıqlanıb. Bu isə sübut edir ki, Ermənsitan hər gün daha da Rusiyanın təsirinə düşür və az-maz qalmış nüfuzunu da itirir. Düzdür, bu günün özündə də erməni lobbisi səfərbər olunaraq Ermənistanın imicini qaydaya salmağa çalışır. Amma deyəsən artıq bu yetərli olmur. Elə növbəti olay da buna misaldır. Söhbət Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Londona dəvət olunmasından gedir. Bu şəxsin səfəri britaniyalı siyasətçilərin etirazına səbəb olub.
Qondarma Dağlıq Qarabağ respublikasının "prezidenti" Bako Saaakyanın Londonda yerləşən "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nda keçiriləcək tədbirdə nitq söyləməsi üçün dəvət olunması heç bir məntiqə sığmır. Lord Kilkluni Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bəyan edib ki, əslində, həmin tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyona yaxın məcburi köçkün düşmüş Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi: "Məhz bu insanların mövqeyi daha çox önəm kəsb edir, nəinki onları öz yer-yurdlarından didərgin salanlar. "DQR" rejiminin başçısı Saakyan beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. "Chatham House"un onu bu cür dəvət etməsi öz statusuna xələl gətirir və onun layiq olmadığı legitimlik səviyyəsini qazandırır.
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var və onlara əməl olunmasının vaxtı çatıb".
Böyük Britaniya Parlamentinin üzvü Stefan Hepbörn də Lord Kilkluninin fikirlərinə şərik çıxıb. S.Hepbörn bildirib ki, Dağlıq Qarabağ separatçılarının lideri B.Saakyanın "Chatham House" İnstitutunda nitq söyləməsi üçün dəvət olunması yolverilməzdir: "Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də əməl olunmur. O, Böyük Britaniyada istənilmir və mən "Chatham House" dan xahiş edirəm ki, onu dəvət etmək barədə yenidən düşünsün". Əslində isə artıq Avropa və Avropalıların Ermənistana inamsızlığı bundan öncə də müşahidə olunurdu və Avropa İnsan Hüquqları Məhkəməsi bir zərbə ilə bunu göstərdi. Söhbət məhkəmənin azərbaycanlı qaçqınların iddasına baxaraq Ermənistanı işğalçı kimi tanımasıdır. Bununla bağlı açıqlama verən xarici işlər naziri Elmar Məmmədyarov da hesab edir ki, bu qərar bir çox məqamlara görə məhsuldardır. Onun sözlərinə görə ilk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu. Ermənistanın təcavüzünün başlamasından və bu iş üzrə məhkəmə icraatı getdiyi dövrdə adətkarcasına beynəlxalq ictimaiyyəti aldatmaq və münaqişənin əsl səbəblərini və mahiyyətini təhrif etmək cəhdlərində Ermənistan Respublikası iddia edirdi ki, onun Dağlıq Qarabağın ərazisi və ətraf ərazilərə yurisdiksiyası şamil edilmir, bu ərazilər üzərində onun təsirli nəzarət imkanı olmayıb və hər hansı ictimai hakimiyyəti ifadə edə bilməz. Eləcə də Ermənistan iddia edirdi ki, o, sözügedən hərbi münaqişədə,Laçın rayonunun işğalında və digər hərbi əməliyyatlarda iştirak etməyib və onun Dağlıq Qarabağ və ətraf ərazilərdə hər hansı hərbi mövcudluğu yoxdur.
İddiaçılar tərəfindən təqdim olunan bütün sübutlar Məhkəmə tərəfindən araşdırılıb və Azərbaycan Hökuməti tərəfindən Ermənistanın bütün bu iddiaları rədd edilib.
Bundan əlavə, qərarın 14-18-ci paraqraflarında Avropa İnsan Hüquqları Məhkəməsi xüsusi ilə qeyd edib ki, müharibə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barəsində çağırışlarla başlayıb. Bu xüsusda, məhkəmə tərəfindən spesifik olaraq, Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağın regional şurası tərəfindən 1989-cu ilin dekabrında "birləşmə" haqqında birgə bəyanata istinad olunub. Mahiyyət etibarilə, məhkəmə təsdiq edib ki, Ermənistanın ərazi iddiaları və onun Azərbaycan ərazilərinin bir hissəsini ilhaq etmək məqsədi daşıyan cəhdləri silahlı münaqişənin köklü səbəbidir və hərtərəfli müharibəyə təkan verib.
180-ci paraqrafda məhkəmə onu da təsdiq edib və mən qərardan sitat gətirirəm: "Ermənistan Respublikası özünün hərbi mövcudluğu və hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq-Qarabağ münaqişəsinə cəlb olunub", "onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir", "sübut inandırıcı şəkildə göstərir ki, Ermənistan və "DQR"-in silahlı qüvvələri inteqrasiya olunublar". Bu və separatçı rejimin Ermənistandan siyasi, maliyyə və digər asılılığını sübut edən digər dəlillərə əsasən məhkəmə 186-cı paraqrafda bu nəticəyə gəlib: "...Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən "DQR" üzərində əsaslı və həlledici nüfuza malik olub, onların hər ikisi faktiki olaraq bütün vacib məsələlərdə yüksək səviyyədə inteqrasiya olunublar və bu vəziyyət bu gün də davam edir" və "DQR" və onun administrasiyası Ermənistan tərəfindən verilən hərbi, siyasi, maliyyə və digər dəstək sayəsində yaşayır. Nəticə etibarilə, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər, o cümlədən Laçın rayonu üzərində effektiv nəzarəti həyata keçirir".Ekspertlər hesab edir ki, əslində bunlar bir başlanığıcdır və zamanı çatacaq Ermənistan Yunanıstanın gününə düşəcək. Belə ki, bu gün bütünlüklə avropalılar Yunanıstana maliyyə yardımının ayrılmasının əleyhinədilər. Səbəb isə təkdir, nəyə görə avropalıdan vergi olaraq tutulan pullar yunanlara verilməlidir. Özü də o halda ki, bu gün Yunanıstanda dövlət quruculuğu tam tükənib. Sabah Rusiya vətəndaşları da bunun əleyhinə çıxacaq və onların hesabına formalaşan hərbi texnikanın, pulların Ermənistana verilməsinə etiraz edəcəklər. Rusiya ilə yanaşı Avropa da heç bir dövlətçilik ənənəsi olmayan, vətəndaş cəmiyyətinin formalaşmadığı Ermənistana süni şəkildə dəstək verməyi dayandıracaqlar. Azərbaycana bütün imkanlarını səfərbər edərək Ermənistanın bir dövlət kimi ümumiyyətlə mövcud olmadığını, vətəndaş cəmiyyətindən mərhum olmuş bu toplumun sadəcə olaraq vassala çevrildiyini sübut etməlidir. Çünki artıq bir avropalı kiminsə qayğısına qalmaq haqqında yox, daha rahat yaşamaq haqqında düşünür. Ermənilərin olduğu yerdə rahatlığın olmadığını anlatsaq deməli istəyimizə nail olacağıq. Bunun üçün isə sadəcə diplomatik imkanları səfərbər etməli, diaspora təşkilatlarını gücləndirməliyik. Necə ki, Avropa oyunları zamanı bunu etdik və dünyanın bir sıra beyin mərkəzlərini məğlub edə bildik.