Əli Kərimlinin adamları qoçuluq edir

Əli Kərimlinin adamları qoçuluq edir
AXCP-də cəbhəçinin döyülməsinə haqq qazandırıldı; istefalar başladı

AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən döyülən partiyanın keçmiş üzvü Ağaşirin Tanrıverdioğlu yenidən hədə-qorxu ilə üzləşib. A.Tanrıverdioğlunun partiya rəhbərliyi haqqında kəskin açıqlamaları AXCP-də narazılıq yaradıb.
Sosial şəbəkədə S.Kərimli ilə mübahisə edən A.Tanrıverdioğlu AXCP üzvlərinin kəskin ittihamları ilə qarşılaşıb. Partiya üzvləri onu "Bomj", "alkaş", "satqın" və s. ağır ifadələrə qərq ediblər.
Məsələn, Mirzexanlı Baba adlı AXCP üzvü yazır: "Ağaşirin bəy, nə oldu Sahib bəyin kafesində müf yeyib-içəndə o, yaxşı olurdu , indi pis.. Gəl sən də bir fərli açıqlama yap görüm nədir dərdin...".
AXCP sədrinin əmisioğlu İnqilab Kərimov daha da qabağa gedərək A.Tanrıverdioğlunu müftəxorluq və xəbərçilikdə ittiham edib: "Ağaşirin Badamdar qəsəbəsində işlətdiyim kafeyə gələndə deyirdi ki, mağaza toyuğu yeyə bilmir. Mən də ona yaxınlıqda satılan kənd çolpaları kəsdirirdim. Hesabını da vermirdi. Ona nə versən yeyəcək, təki yanında arağı olsun".
A.Tanrıverdioğlu demək olar ki, bütün ittihamları cavablayıb və qeyd edib ki, istər S.Kərimlinin "Şəki" kafesində, istərsə də, digər cəbhəçilərin kafesində yedikləri yeməyin pulunu "yuxarıdan" ödəyiblər: "Mən Sahibin yanında müftə yeməmişəm. İkincisi, heç vaxt çağırılmayan yerə getməmişəm. Sahibin heç vaxt imkanı olmayıb ki, kiməsə müftə yemək versin. Əksinə, bizim hesabımıza o, böyük pullar silib".
AXCP üzvü Ziya Zöhrab A.Tanrıverdioğlunun döyülməsinə haqq qazandırıb: "Ağaşirin yenə döyülmək istəyir, buynuzu qaşınır".
Qeyd edək ki, hazırkı situasiya hamını narahat edir v istefalar başlayıb. Dünənə daha bir nəfər AXCP-ni tərk edib. AXCP-nin Sabunçu təşkilatının üzvü Teymur Kərim istefasını Facebook sosial şəbəkəsində elan edib. Eləcə də, istefasının səbəblərini açıqlayıb: "Bu ilin yanvar ayından AXCP Sabunçu rayon şöbəsində mənə qarşı sədr tərəfindən etik normalara uyğun olmayan hərəkətlər baş vermişdi. Sədr məni telefonda söymüşdü və mən Əli Kərimlinin şəxsi səhifəsinə, Əbülfəz Qurbanlıya, NTK sədrinə, Məclis sədri Həsən Kərimova, Fuad Qəhrəmanlıya məlumat vermişdim. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Bu ilin 28 iyununda isə konfrans baş tutub və mən də həmin konfransda iştirak etmişəm. Mandat üzvlərindən 15-ə yaxın üzvü tanımamışam. Onların nə zamandan partiyaya üzv olduğunu bilmirəm. Yəni "pripiska" məsələsi burda da baş verib. Mən də namizədliyimi irəli sürdüm, lakin seçki zamanı dözümsüzlük, siyasi iradələrini ortaya qoya bilməyən şəxs, Məclis sədrinin oğlu oturduğum yerdə yumruqla məni vurdu. Bu hadisələr sədrin müavini Nurəddin Məmmədli və NTK sədri Arzuman Məcidlinin yanında baş verdi. Bu hadisədən sonra mən iclası tərk edəsi oldum. AXCP Sabunçu rayon şöbəsi saxta seçkisini keçirtdi və təşkilatı pis günə qoyan Allahverdi Allahverdiyevi sədr seçdilər. Mən yenidən göstərilən tərbiyəsizliklə bağlı müraciət etsəm də, bu günə kimi tədbir görülməyib. AXCP Sabunçu rayon şöbəsinə, Məclisinə, AXCP sədrinə yazaraq bildirmək istəyirəm ki, məni Sabunçu rayon şöbəsi üzvlüyündən azad edəsiniz, artıq bu şöbədə bu şəkildə fəaliyyət göstərmək mümkünsüzdür".
Qərib