Aydın


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışı bir çox vacib məqamları ilə diqqəti cəlb edir. Dövlət başçısının çıxışı xalqımızın milli maraqlarına tam cavab verir və dünya ilə bərabərhüquqlu münasibətlər kursunu bir daha təsdiq edir. Qətiyyətimizin əsasını isə prezidentin apardığı düzgün daxili və xarici siyasi kurs təşkil edir".
Bu sözləri özünün Facebook səhifəsində millət vəkili Aydın Mirzəzadə yazıb.
Onun sözlərnə görə, bir daha dünyaya Azərbaycanın öz maraqlarını qətiyyətlə müdafiə edəcəyi bəyan edildi. Bir sıra xarici dövlətlərin ölkəmizin daxili işlərinə müdaxilə etmək cəhdləri rədd edildi.
"AŞPA və Avropa Parlamentinin antiazərbaycan kampaniyasına qoşulmaq siyasətinə cəmiyyətimizin etirazı ortaya qoyuldu. Görünür, qərəzli münasibətlərinə görə Azərbaycan bu təşkilatlarla əlaqələrinə yenidən baxmalıdır. Cənab prezidentin çıxışı Azərbaycan xalqının mövqeyidir və cəmiyyət prezidentin siyasi kursunu qətiyyətlə dəstəkləyir", - o əlavə edib.
Murad