Ramil Usubov rəislərə göstəriş verdi

Ramil Usubov rəislərə göstəriş verdi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb.
Bu barədə E.Behbudov özü məlumat verib. Onun sözlərinə görə, görüşdə nazirlə insan hüquqları və azadlıqları ilə bağlı müzakirə aparılıb.
"Müavinim Elçin Şirinovla birlikdə keçirdiyimiz monitorinqlərin nəticələrini cənab nazirə çatdırdıq. Görüşdə nazirin diqqətinə çatdırdım ki, Bakıdakı polis bölmələrində 3 saata qədər saxlanma yerləri olmalıdır. Bəzi bölmə rəisləri həmin yerləri ləğv edib və anbara çeviriblər.
Nazir isə öz sərt göstərişlərini verdi və dedi ki, bu problem dərhal aradan qaldırılacaq. O, bizim apardığımız monitorinqlərin nəticələrindən razı qaldığını da bildirdi. Ramil Usubov çox peşəkar nazirdir və öz işini hər kəsdən yaxşı bilir.
Görüşümüz bir saata qədər davam etdi. Onun əhvalı çox yüksək idi. Daimi gülürdü".