Elçin

Elçin Quliyev Türkiyənin Hərbi Attaşesini qəbul edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev 10 avqust tarixində DSX Aparatında Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri, general-leytenant Hasan Nevzat Taşdeleri səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.
DSX-nin mətbuat mərkəzindən "Unikal"a verilən məlumata görə, söhbət əsnasında Azərbaycan DSX ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində DSX ilə fəal əməkdaşlığa görə Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri, general-leytenant Hasan Nevzat Taşdeleri "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014) yubiley medalı ilə təltif edib və yeni xidmətində uğurlar arzulayıb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Toğrul