20 Oktyabr 2019
19 Oktyabr 2019
Vətəndaş cəmiyyəti və dövlət qayğısı
Vətəndaş cəmiyyəti və dövlət qayğısı KRİMİNAL 10:32 2015-08-19

Vətəndaş cəmiyyəti və dövlət qayğısı

Bu gün ölkədə vətəndaş cəmiyyətinin yaradılması kifayət qədər ciddi əngəllərdən keçərək mümkünləşib. Bu əngəllərin sayı çox olsa da, əsasən bəzi məqamlara üstünlük verək. Bu əngəllər nədən ibarətdir?
Birincisi, QHT-lərin uzun müddət yad təsirlər altında qalmasıdır. Onu qeyd edək ki, beynəlxalq təşkilatlar zamanında bu qurumlara az qala, hər il milyonlarla dollar pul ayırırdılar. Burada əsas məqsəd hansısa qaranlıq niyyətlərin həyata keçirilməsi idi. Amma bir dəfə də olsa, milli maraqlara xidmət edəcək hansısa layihəyə pul ayrılmadı. Çünki bu qüvvələr üçün əsas məqsəd vətəndaş cəmiyyəti yaratmaq yox, özlərinə xidmət edəcək baza yaratmaq idi. Elə Leyla Yunus olaylarında bunun şahidi olduq. Həm də faktdır ki, həmən illərdə xarici donorların ayırdığı vəsaitin üçdə biri ermənilərlə dostluğu aşılayan layihələr idi və xalq diplomatiyası adı altında Ermənistan kəşfiyyatı üçün baza yaratmaq idi. Amma Azərbaycan hakimiyyəti sözün həqiqə mənasında vətəndaş cəmiyyətinin yaradılmasını qarşısına məqsəd qoydu və bu işdə mühüm rol oynayacaq QHT-lərə dövlət dəstəyini təmin etdi. Bunun üçün Prezident yanında QHT-lərə Dəstək Fondu təsis edildi. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir.
Şuraya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ilbəil artırılması da dövlətin vətəndaş cəmiyyətinin inkişafına dair uzunmüddətli strategiyasına xidmət edir. Bunu da qeyd edək ki, 2008-ci ildə QHT-lərə xarici qüvvələrin maraqları daha çox yönəlmişdi və yalnız prezidentin uzaqgörən siyasəti nəticəsində o zaman proseslər müsbət istiqamətə yönəldi. Artıq 2009-cu ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına büdcədən ayrılan vəsait 2 milyon manat təşkil etdi, 2011-ci ildə bu vəsait 2.8 milyon manata yaxınlaşdı, 2012-ci ildə isə Şuraya ayrılan vəsait daha 1 milyon manat artırılaraq 3.8 milyon manatı keçdi. Son illərdə isə bu rəqəm kifayət qəıdər böyüdü və ölkədə ki, QHT-lərin rahat fəaliyyəti üçün imkanlar yarandı. Vəsaitin həcminin ildən-ilə artırılması ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.
Vətəndaş cəmiyyətinin yaranmasına əngəl olan səbəblərdən biri də marifləndirmənin aşağı səviyyədə olması idi. Çünki beynəlxalq donorlarlar milyonlarla manat vəsait ayırsalarda onlarda əsas məqsəd milli yöndə marifləndirmə deyildi. Əsas məqsəd soyundan, kökündən imtina və etirazçılıq, inqilabçılıq, avantüra mütəxəssisi olmaq idi.
Üçüncüsü, Beynəlxalq Güclər ölkədəki siyasi gücləri nəzarətdə saxlamaq üçün hakimiyyətə təsirir artır və cəmiyyətlə hakimiyyət arasında uçurum yaratmağa çalışırdılar. Mətbuat kifayət qədər siyasiləşmidi və bu qurumlar informasiya çatdırmaq əvəzinə, daha çox siyasi gərginlik yaratmaqla məşğul idilər. Ən ciddi problemlərdən biri də bu idi ki, dövrü mətbuatda maliyyə problemləri yaşayırdı və bundan da xarici qüvvələr istifadə edə bilirdi. Ən azından xarici şirkətlər kənardan gələn tapşırıqla reklamlar verir, müxtəlif maliyyəsi olan layihələr konkret qəzetlərə ayrılırdı. Amma bu problemində həlli yolu tapıldı. Belə ki, Prezident yanında KİV-ə Dəstək Fondu yaradıldı və problem bir dəfəlik həll olundu. Düzdür, həmən vaxtlar az qala, ajiotaj yaradıldı ki, hakimiyyət bu yolla mətbuatın azadlığını əlindən alacaq. Amma həyata keçirilən proqram sübut etdi ki, bu, heç də belə deyil.
Media qurumlarına konkret təkliflər verildi və hər qəzet sadəcə olaraq, bir səhifəsində nəzərdə tutlan sahələrdə mövzular işləməyə başladılar. Bu isə o demək idi ki, digər səhifələrə heç kəsin müdaxilə etmək imkanları yoxdur. Nəticədə yalnız 2012-ci ilə qədər müddətdə dövlət büdcəsindən 10 milyon manata yaxın vəsait ayrılıb. Həmin vəsait hesabına ölkədə fəaliyyət göstərən qəzetlərə, informasiya agentliklərinə həm birbaşa, həm müsabiqəli əsasda konkret layihələrin həyata keçirilməsi üçün vəsaitlər ayrılıb. Bu vəsaitlərin ayrılması KİV redaksiyalarının müasir texnologiyalarla təmin olunmasına, jurnalistlərin iş şəraitinin yaxşılaşdırılmasına və peşəkarlıqlarının artırılmasına dəstək verib. Həmçinin Azərbaycan dövləti KİV əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də addımlar atıb, jurnalistlər üçün yaşayış binasının inşa edilməsi layihəsi üçün prezidentin sərəncamı ilə KİVDF-ə 5 milyon manat vəsait ayrılıb. Bununla yanaşı son iki ildə dövrü mətbuatın inkiaşfı üçün ildə ən azından bir neçə dəfə fərdi müsabiqələr elan edilir, dövlət strukturları ilə birlikdə müsabiqələr təşkil edilir və bununla da marifləndirmə işləri ən yüksək səviyyədə həyata keçirilir.
Amma indinin özündə də bir sıra qüvvələr bunu qəbul etmir və hesab edirlər ki, ölkədə siyasi gərginlik yaratmaq, vətəndaş cəmiyyətini parçalamaq üçün siyasi çaxnaşmalar salmaq lazımdır. Əsasən erməni lobbisinin təsirində olan bu qüvvələr son Avropa oyunları zamanı da əllərindən gələni etdilər. Amma Azərbaycan xalqı və siyasi dairələri kifayət qədər ayıqdılar və bu cür oyunların mahiyyətini yaxşı bilirlər.
Elə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" kitabı da bu problemlərin araşdırlması üçün gözəl vəsaitdir. Akademik Ramiz Mehdiyev bu kitabında da geniş elmi axtarışlara söykənərək Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və buna maneələr yaradan amilləri açıq şəkildə göstərib. Filosof alim müasir müstəqil Azərbaycanın möhkəm təməlini qoyan, sabitliyi, güclü iqtisadiyyatı və demokratiyanı beynəlxalq birliyə ən yaxşı inteqrasiya yolu hesab edən ümummilli lider Heydər Əliyev kursunun bu sahədəki rolunu xüsusi vurğulayır, qeyd edir ki, Azərbaycan tarazlaşdırılmış xarici siyasətini uğurla davam və inkişaf etdirir. Aydın şəkildə diqqətə çatdırılır ki, Azərbaycan hakimiyyəti hadisələrin qiymətləndirilməsi və beynəlxalq problemlərin həllində ayrı-ayrı fövqəldövlətlərin maraqları baxımından deyil, beynəlxalq hüququn normaları və ölkənin milli maraqlarından çıxış edir.
Akademikin bu kitabı Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından olduqca dolğun və tutarlı faktlarla zəngin bir siyasi yanaşma kimi qiymətləndirilməlidir. Prezident Administrasiyasının rəhbəri haqlı olaraq belə bir qənaətə gəlir ki, "...rəngli inqilablar" istənilən regionda əmin-amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür".
Kitabda filosof alimin "İlham Əliyev yeni əsrin yeni lideridir", "Azərbaycan yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq əzmindədir və buna hazırdır, dövlətlərarası münasibətlərin başqa formaları onun üçün qəbuledilməzdir" sərlövhəli müsahibələri və "İkili standartların dünya nizamı və müasir Azərbaycan" adlı məqaləsi yer alıb.
Akademik Ramiz Mehdiyev öz ənənəsinə sadiq qalaraq müasir dövlətçilik tariximizin inkişaf mərhələlərindən, üzləşdiyimiz çətinliklərdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdən söz açıb, eyni zamanda, dünya güclərinin müstəqil siyasət yürüdən, demokratik dəyərlərə söykənən və gündən-günə inkişaf edən, Azərbaycana qarşı yürütdüyü siyasəti də obyektiv təhlil etməyi öz vəzifə borcu bilib. Bu kitab səmərəli dövlət idarəçiliyinin aktual məsələlərinə, korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi və institusional islahatlara, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə və vəzifələrinə, yeni təşəkkül tapmış dünya nizamına və Qərb tərəfindən Azərbaycana tətbiq olunan ikili standartlar siyasətinə həsr edilib.
Kitabda Sovet İttifaqı dağıldıqdan sonra dünyada yaranmış ictimai-siyasi vəziyyət geniş təhlil edilir, "Ərəb baharı"nın, "məxməri" və "rəngli" inqilabların həqiqi səbəblərindən söhbət açılır. Akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" kitabında dünyanın geosiyasi güclərinin vətəndaş cəmiyyəti institutları vasitəsilə müxtəlif dövlətlərin "mədəni" işğalı məqsədilə həyata keçirdiyi çoxşaxəli siyasəti mükəmməl təhlil edilib, postsənaye cəmiyyəti quruculuğunun indiki mərhələsində Azərbaycan dövlətinin siyasətinin əsas prinsipləri nəzərdən keçirilib, Prezident İlham Əliyevin innovasiyalı siyasətinin mahiyyəti açıqlanıb.