Mikayıl

Təhsil naziri Mikayıl Cabbarov 24 avqust 2015-ci il tarixində saat 10:00-da Sumqayıt şəhərində və Abşeron rayonunda yaşayan, həmçinin Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.
"Unikal" Nazirliyin saytına istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 19, 20 və 21 avqust 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.