Nazirlik


"Yay mövsümü başlayandan iaşə obyektlərində aparılan yoxlamalar nəticəsində 3 nəfər istintaqa cəlb olunub, 26 obyektin istismarı dayandılrılıb".
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin verdiyi məlumata görə, iaşə obyektlərində aparılan yoxlamalar nəticəsində 77 nəfər inzibati cərimə olunub və GEM-in təklifi ilə 11 nəfər işdən kənarlaşdırılıb.
Şöbə müdirinin sözlərinə görə, ilkin olaraq iaşə obyektlərində su kanalizasiya sisteminin olması, çayxanaya dair gigiyena qaydalarına nə dərəcədə riayət olunması aydınlaşdırılır sonra müvafiq rəy verilir. Bundan sonra çayxana rəhbərliyi həmin qaydalara riayət etməyə borcludur.
Çayxanaların sahibkarlıq obyektləri olduğunu deyən İ. Abdullayevin sözlərinə görə, məhz bu səbəbdən orada yoxlamalar aparmaq olmur:
"Həmin obyektlər sahibkarlara məxsus olduğundan yoxlamalar "Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlıq sahəsində aparılan yoxlamaların haqqında" qanunla tənzimlənir. Belə olan halda istənilən dövlət orqanı istədiyi çayxanada yoxlama keçirə bilməz. Yalnız planlaşdırılmış obyektlərdə yoxlamalar aparıla bilər. Odur ki, hər ilin noyabr ayının birinə kimi növbəti ilin planları qeydiyyata alınır. Reysterə alınan qeydiyyatlarda da iaşə obyektləri var ki, ərazi üzrə Gigiena Mərkəzləri təfərindən həmin yerlərdə yoxlama qanunvericiliyinə uyğun çıxarış edərək yoxlamalar aparılır. Həmin obyektlər içərisində müxtəlif səpkili obyektlər, pivəxanalar, çayxanalar, restoranlar, qida sənayəsi obyekti və s. var" - deyə İ. Abdullayev bildirib.
Toğrul