Ziya

Ziya Məmmədov yeni baş direktor təyin etdi

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni baş direktor təyin olunub.
Nəqliyyat Naziri Ziya Məmmədovun 17 avqust 2015-ci ilə tarixli əmri ilə Rüfət İmanov Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru təyin olunub. Nazirin daha öncə imzaladığı əmrlə isə NİİM-in keçmiş baş direktoru Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, R.İmanov bundan əvvəl NİİM-də İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.