Əli Abbasov: "Məqsəd özəl provayderlər arasında sağlam rəqabət yaratmaqdır"
10:30 29-08-2015
CƏMİYYƏT
Azərbaycanda kommersiya internet provayderlərinin faəliyyətinin məhdudlaşdırılması məsələsi gündəmdə deyil.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib: "Əksinə, internetin daha keyfiyyətli və sürətli şəkildə abunəçiyə çatdırılması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müvafiq iş aparır".
Nazir qeyd edib ki, əsas məqsəd özəl provayderlər arasında sağlam rəqabət mühitinin yaradılmasıdır: "Düzdür, bu gün ölkənin ikinci ən böyük şəhəri - Gəncəyə genişzolqalı internetin verilməsi 55% dövlət, 45% isə özəl provayedrlər tərəfindən həyata keçirilir. Lakin gələcəkdə "Aztelekom" İB kimi digər provayderlərin də xidmətlərinin genişləndirilməsini qarşımıza məqsəd qoymuşuq".
Fuad
Digər Xəbərlər
2024-04-18 00:02:51
2024-04-17 21:41:36
2024-04-17 21:24:25
2024-04-17 18:24:00
2024-04-17 18:06:47
2024-04-17 17:40:00
2024-04-17 17:01:41
2024-04-17 16:46:26
2024-04-17 16:43:10
2024-04-17 16:09:55
2024-04-17 16:04:58
2024-04-17 16:02:00
2024-04-17 15:41:00
2024-04-17 15:33:00
2024-04-17 15:01:00
2024-04-17 14:59:47