Ziya

Nəqliyyat Nazirliyinin gözləmə mövqeyi tutması və susmağa üstünlük verməsi bir qədər müəmmalı görünür

Ölkə yollarında və sərnişinnəqliyyatında mövcud problemlər, nəqliyyat sektorunda aparılan struktur islahatları, kadr dəyişiklikləri, eləcə də nəlqiyyat naziri Ziya Məmmədov və onun qohumları ilə bağlı yerli KİV-lərdə və sosial şəbəkələrdə yer alan çoxsaylı tənqidi, hətta ittiham dolu məlumatların fonunda Nəqliyyat Nazirliyinin gözləmə mövqeyi tutması və susmağa üstünlük verməsi bir qədər müəmmalı görünür.
milli.az-ın günlərlə ardıcıl olaraq sadalanan məsələlərlə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidməti, eləcə də Nazirliyin Katibliyinin rəisi Namiq Həsənovla əlaqə saxlamaq cəhdləri boşa çıxır.
Hətta bütün KİV-lər tərəfindən bilinən və nazirliyin rəsmi saytında da yer alan əlaqə telefonlarına zəng etdikdə dəstəyin əks tərəfində avtomatik rejimdə "Hörmətli abunəçi, aradığınız nömrə, təəssüf ki, daxil olan zəngləri qəbul etmir" sözlərini eşitmək olur.
Axı ola bilməz ki, bu boyda dövlət strukturunun rəhbərliyində ictimaiyyəti maraqlandıran, onu narahat edən məsələlərə, vətəndaşların bu sahədəki problemlərinə bu qədər laqeyd yanaşılsın...
Pünhan