Əhliman


65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən Əhliman Əmiraslanovun Kürdəmir rayonunun Sığırlı kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli açaraq bildirib ki, Kürdəmir seçiciləri hər zaman hakim partiyanın siyasətini dəstəkləyib, YAP-ın namizədlərinə etimad göstəriblər. O, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən dünya şöhrətli alim, akademik Əhliman Əmiraslanovun rayon ictimaiyyəti tərəfindən yaxşı tanındığını qeyd edərək bu seçkilərdə də seçicilərin YAP-ın namizədi olan Əhliman Əmiraslanova etimad göstərəcəklərinə ümidvar olduğunu bildirdi.
Kənd sakinləri çıxışlarında dövlətin həyata keçirdiyi siyasəti həmişə dəstəklədiklərini vurğulayaraq bu sabitliyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Görüşdə iştirak edən seçicilər Əhliman Əmiraslanovun namizədliyini dəstəklədiklərini və bu seçkilərdə də ona səs verəcəklərini bildiriblər.
Əhliman Əmiraslanov seçicilər qarşısında çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. O, qeyd edib ki, Azərbaycan vətəndaşlarının inam və etimadı əsasında bütün seçkilərdə tarixi qələbələr qazanan Yeni Azərbaycan Partiyası bu inkişafda ön sırada dayanır.
Sonra Əhliman Əmiraslanov bu hərarətə görə sakinlərə öz təşəkkürünü bildirib, onlarla səmimi söhbətlər aparıb.
Elvin