Dövlət Gömrük Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev oktyabrın 30-da saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində (Bakı prospekti 18) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 29-u saat 11:00-dək "192" Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-36-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.