Məleykə Abbaszadədən buraxılış imtahanları ilə bağlı xəbərdarlıq
Məleykə Abbaszadədən buraxılış imtahanları ilə bağlı xəbərdarlıq

"Heç bir təhsil şöbəsi və məktəb direktoru buraxılış imtahanlarına müdaxilə edə bilməz"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə buraxılış imtahanları ilə bağlı xəbərdarlıq edib.O , bildirib ki, heç bir təhsil şöbəsi, heç bir məktəb direktoru buraxılış imtahanlarının keçirilməsinə müdaxilə edə bilməz.
Komissiya sədri deyib ki, iyunun 2-də ota ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 53 imtahan mərkəzi ayrılıb.
İyunun 3-də isə ümumtəhsil müəssisələrinin 9-cu siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakıda 68 imtahan mərkəzi ayrılıb.
TQDK sədri magistratura ilə bağlı da danışaraq qeyd edib ki, bu il magistratura səviyyəsi üçün ayrılmış plan yerlərinin ümumi sayı 6 min 107 nəfər olub. Dövlət sifarişi ilə ayrılmış yerlərin sayı 2387 nəfərdir.