Bank Technique
Etibar Əliyevin qayıdışından sonra aktiv start götürən "Bank Technique" daha bir dəyişikliyə imza atıb.

Bankdan verilən məlumata görə, "Bank Technique" öz əvvəlki adını geri qaytarıb. Bundan sonra bank "Texnika Bank" adı ilə fəaliyyət göstərəcək.

Eyni zamanda, "Texnika Bank" müştərilər üçün kreditlərin verilməsinə başlayıb. Bank artıq müştərilərin biznes layihələrini qəbul etdiyini və kreditləşmənin asan şəkildə həyata keçiriləcəyini elan edib.

Bundan başqa, bank bir neçə gündür ki, ipoteka kreditlərinin verilməsini həyata keçirir. Bunun üçün bankda lazımı qədər vəsaitin olduğu bildirilir.