Misir Mərdanov üç gündür işə çıxmır
Misir Mərdanov üç gündür işə çıxmır

Nazirin adı ətrafında yeni xəbər fırtınası yarandı

Dünən ölkənin bəzi eklektron KİV-lərində təhsil naziri Misir Mərdanovun görəvdən uzaqlaşdırıldğına dair xəbərlər yayılıb. Xəbərlər ildırım sürəti ilə ucqar rayonların təhsil şöbələrinədək gedib çatıb.

Üstəlik, sosial şəbəkələrdə də Mərdanovun vəzifədən azad edildiyi barədə məqamlar yer alıb, bildirilib ki, təhsil naziri barədə sözügedən mövzuda fərman axşama doğru elan olunacaq.
Amma belə bir sərəncam açıqlanmayıb, belədə isə sosial şəbəkələrdə Misir Mərdanovun işdən azad ediləcəyinə dair xəbərin iyunun 6-dək açıqlanacağı barədə mülahizələr ortaya çıxıb. Bizdəki bilgilərə görə, dünən gün ərzində ölkənin bir çox rayon təhsil şöbələrinin müdirləri ciddi əndişə içərisində nazirlikdə özlərinə yaxın iri vəzifəli şəxslərlə kontakt qurublar və durum barədə məlumat almağa çalışıblar.
Dünən günün sonunda "Unikal"ın əməkdaşı Təhsil Nazirliyindəki mənbələri vasitəsi ilə deyilənlərin nə qədər doğru olub-olmadığını aydınlaşdırmağa çalışıb. Nazirlikdəki iadınınçəkilməsini istəməyən mənbəmiz Mərdanovun görəvdən alınması barədə sosial şəbəkələr vasitəsi ilə məlumat tutduqlarını təsdiqləyərək qurumun dəhlizlərində qısa müddətə də olsa hərəkətlilik yarandığını təsdiqləyib. Nazirliyin vəzifəli əməkdaşları xüsusilə Misir Mərdanovun son üç gündə işə çıxmamasından şübhələnib və bununla yayılan məlumatlar arasında paralellər qurmağa çalışıblar.
Amma çox keçmədən məlum olub ki, Misir Mərdanov bir neçə gündür ki, paytaxtda deyil və buna görə də işə çıxa bilmir. Onun işdən azad edilməsi ilə bağlı xəbərlər də hələlik obyektivliyi əks etdirmir.
Qaynağımız nazirin hazırda Bakıda olmamasının səbəbləri barədə məlumatsız olduğunu söyləyib, amma böyük ehtimalla bunun onun məzuniyyətə çıxması ilə əlaqəli olduğuna diqqət çəkib.
Ülviyyə Qasımlı