Əfv Komissiyasının iclası keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Bu barədə komissiyanın üzvü, deputat Azay Quliyev məlumat verib. Azay Quliyev iclasda müraciətlərə və təkliflərə baxıldığını bildirib: "Müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq" .