Azərbaycan azalan gəlirləri kompensasiya edə biləcəkmi?
13:41 11-12-2015
CƏMİYYƏT
Ekspert: "2016-cı ildə ölkəmiz xarici borclanmaya gedəcək"
"2016-cı ildə Azərbaycan xarici borclanmaya gedəcək. Çünki xarici borc limitinin də artırılması bundan xəbər verir". Bunu publika.az-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O qeyd edib ki, növbəti ildə valyuta ehtiyacının ödənilməsi üçün xarici borclanma əsas mənbələrdən biri kimi çıxış edəcək: "Dövlət rezervlərinin xərclənməsində daha çox aşağı faizli, uzunmüddətli xarici borclanmaya getmək daha məqsədəuyğundur. Çünki dövlət rezervləri həm də Azərbaycan üçün bir növ sığorta rolunu oynayır. Ona görə də 2016-cı ildə hökumət çalışacaq ki, dövlət rezervlərindən böyük həcmdə istifadə etməsin".
İqtisadçı deyib ki, 2016-cı ildə özəlləşdirmə prosesinin sürətləndirilməsi nəzərdə tutulub. Bununla bağlı özəlləşdirmədən büdcəyə daxilolmaların artırılması və özəlləşdirmə hesabına büdcə gəlirlərinin artırılması əsas hədəflərdən biri olacaq: "2016-cı ildə hökumət qənaət prinsipini davam etdirəcək. Həm dövlət rezervlərinin istifadəsi, həm də dövlət büdcəsinin xərcləmələri optimallaşdırılacaq. Qənaət hesabına neftin dünya bazarında qiymətinin dəyən və yaranan fərqində kompensasiya edilmiş olacaq. 2016-cı il asan il olmayacaq. Bununla belə, növbəti ildə Azərbaycan iqtisadiyyatında hər hansı böhran elementləri olmayacaq. Narahatlığa ehtiyac yoxdur. Amma regional və qlobal dəyişikliklər fonunda 2016-cı il Azərbaycan hökumətinin əhalinin qənaət prinsipindən istifadə etməklə, bütövlükdə növbəti ildə azalan gəlirləri kompensasiya edəcəyi gözlənilir".
Sənan Mirzə
Digər Xəbərlər
2024-04-19 15:43:00
2024-04-19 15:33:00
2024-04-19 15:23:05
2024-04-19 15:15:15
2024-04-19 15:13:00
2024-04-19 14:58:13
2024-04-19 14:39:00
2024-04-19 14:32:45
2024-04-19 14:04:00
2024-04-19 13:47:27
2024-04-19 13:40:31
2024-04-19 13:28:06
2024-04-19 13:04:38
2024-04-19 12:59:12
2024-04-19 12:52:00
2024-04-19 12:51:20
2024-04-19 12:44:00
2024-04-19 12:33:58
2024-04-19 12:28:00