ABŞ-ın Qərbi Virciniya ştatında yağan şiddətli yağışlar daşqınlara səbəb olub.
Unikal.org TASS agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 14 nəfər ölüb.
Bu barədə ştatın qubernatoru Rey Tomblin keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir. Virciniya və Qərbi Virciniya ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.