Rusiyada yaşayan Alisanın qeyri-adi bir hobbisi var.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Alisa kiminsə yanında deyil, avtomobil təmiri ilə bağlıYoutube sosial şəbəkəsində yerləşdirilən video çarxlara baxmaqla bu gün ölkədə ad çıxartmış ən yaxşı xanım avtomobil ustasıdır.
Gənc qadın bütün növ avtomobilləri təmir edə bilir. Həmçinin ən köhnə avtomobilləri də yeniləyərək satışını həyata keçirir. Artıq yaşadığı ərazidə bütün avtomobili olan insanlar avtomobillərini təmir etmək üçün günlərlə növbə gözləməli olurlar.