İmişlidə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 174 kv.m olan birmərtəbəli 8 otaqlı evin 3 otağının tavanı 48 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.