Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində baş verib.
Kənddə vətəndaşa məxsus kürsülü, ümumi sahəsi 130 kv.m olan 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın saat 17:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.