Ağdamda ermənilərin qurduğu mina partladı, iribuynuzlu heyvan yaralandı.
Unikal.orgverir ki, rayonun Əfətli icra nümayəndəliyinin Küdürlü kəndində qeydə alınan hadisə nəticəsində iribuynuzlu heyvan minaya düşüb. Kənddə məskunlaşan Laçın rayon sakini Sədrəddin Əliyev heyvanlarını otlaq sahəsində otararkən heyvanlardan biri minanın üstünə çıxıb və qəflətən partlayış baş verib.

Heyvan sahibinin sağ qalmasına səbəb isə belinə mindiyi atın təhlükəni hiss edərək ərazidən uzaqlaşması olub.