İtaliyada dünya rekordu sınağı üçün 20 qız bir araya gəldi. Gənc qızlar, 2,69 metr uzunluğunda kiçik bir avtomobilə hamısı birdən minərək Guinness Rekordlar kitabına adlarını yazdırmağı bacardı.

152 sm uzunluğunda və 18 yaşından böyük olan amigo komandasının qızları əvvəl normal sərnişinlər kimi oturdu. Ardından boş qalan hər yerə bir gənc qız yerləşdi. Baqaj, ön panel kimi avtomobilin hər yerinə yerləşən gənclər çətin anlar yaşadı. Qapılar bağlanıb nəfəs almanın belə çətin olduğu rekord sınağı müvəffəqiyyətlə reallaşdı.


00:00
03:14