Çinin ən böyük şəhərlərindən biri Şanxayda çəkilmiş video Facebook-da sürətlə yayılır. Videoda şəhərin ən yüksək göydələnlərindən birinin damında "əylənən" gənclərin "macəra"sı əks olunub.
Unikal.orgAsiaOne-a istinadən bildirir ki, videonu müşayiət edən açıqlamada deyilir: "Nişanlıyıq və bu yaxınlarda evlənəcəyik, ailə quracağıq. Toyumuzdan əvvəl macəra aradıq, bu binanın damına çıxdıq".
"Məcara" isə ölüm risklidir. Binanın damının lap kənarında duran qızın əlindən tutan oğlan onu yelləyir. Daha sonra qız aşağı əyilir, bir ayağını uçurum təsiri bağışlayan yüksəklikdə oynadır. Sonra isə qız damın kənarındakı səddin üzərində qaçır, rəqs edir.
Mütəxəssislər bu hərəkətlərin həddən artıq təhlükəli olduğunu deyirlər. Çünki azacıq səhv, yanlışlıq gənc oğlanla qızın müvazinətlərini itiərərək aşağı düşməsi ilə nəticələnə bilərdi.