Türkiyədə təlim-məşq təyyarəsi qəzaya uğrayıb. 
Unikal.org xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb.
Təyyarə qəzası Balıkəsir vilayətinin Ayvalık rayonunda baş verib. Həlak olanların hadisə vaxtı təyyarənin bortunda olan təlimatçı və tələbə olduğu bildirilir.
Polis qəzanın başvermə səbəblərini araşdırır.