Ağcabədi rayonu, Muğanlı kəndində (rayon mərkəzindən 35 km aralı) bələdiyyəyə məxsus ərazidə 50 ha bicilmiş taxıl sahəsi yanıb.
Unikal.org xəbər verir ki, ərazidə olan digər taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan başqa, Cəlilabad rayonu, Xəlilli kəndində (rayon mərkəzindən 12 km aralı) bələdiyyəyə məxsus ərazidə 14 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqda olan taxıl sahələri yanğından mühafizə olunub.