Paytaxtda bir sıra binaların bloklarına girmək mümkün deyil. Buna səbəb bloklardakı baxımsızlıq, qapı-pəncərənin sınıq-salxaq olması və səliqəsizlikdir.

Blokların qapısı yox, pəncərələri isə qırıq vəziyyətdə, pilləkənləri isə deformasiyaya uğrayıb. Elə bu baxımsızlıq heyvanlar üçün məskən olub.

İndi paytaxtda belə binaların sayı xeyli çoxdur.

Belə binaların aid olduqları mənzil-istismar sahələrindən isə münasibət almaq mümkün olmadı. Eləsi də oldu ki, nəinki məsələyə münasibət bildirmədi, hətta kameramıza hücum çəkdi.

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Abbas Əliyevin sözlərinə görə, dövlət ancaq öz tabeliyində olan mənzillərin bloklarını təmir edir. Bu siyahıya isə qaçqın və məcburi köçkünlərə, əlillərə və bu qəbildən olan insanlara verilən binalar daxildir. Digər mənzillər isə Mənzil Məcəlləsinə uyğun olaraq, həmin binada yaşayan sakinlərin hesabına təmir olunmalıdır.

Unikal.org xəbər verir ki, "Xəzər Xəbər mövzu ilə bağlı daha ətraflı videomaterilı təqdim edir: