Prezident İlham Əliyev "İcra məmurları haqqında Qanununda edilmiş dəyişikliyi təsdiq edib. Unikal.org lent.az-a istinadən xəbər verir ki, dəyişiklik artıq qüvvəyə minib. "İcra məmurları haqqında Qanununun İnzibati Xətalar və Cəzaların İcrası Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə edilmiş dəyişiklik şağıdakı formadadır.
"İcra məmurları haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin beşinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.