Bu gün saat 15:50 radələrində Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Sumqayıt-Bakı yolunda qəza baş verib.
Unikal.org apa-ya istinadən məlumatına görə, Dövlət Yol Polisi əməkdaşlarının olduğu "99 YP 734 dövlət nömrə nişanlı BMV markalı avtomobillə "06 BE 009 dövlət nömrə nişanlı "Audi markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində "99 YP 734 dövlət nömrə nişanlı BMV markalı avtomobil yararsız vəziyyətə düşüb. "Audi markalı minik avtomobilinə isə qismən ziyan dəyib. Xəsarət alan yoxdur.