Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın artıq söndürülüb. "Unikal"qəzetinin və Unikal.org saytının redaksiyasına ciddi ziyan dəyib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Unikal.org-a verilən məlumata görə, xəsarət alan olmayıb. 

***

Unikal.org-un əməkdaşı redaksiyadan təxliyə olunub. Hazırda digər əməkdaşları saytı kənardan idarə edir.

***

"Unikal" qəzetinin və Unikal.org saytının redaksiyası yanır.

Unikal.org xəbər verir ki, Binəqədi rayonu 8-ci mik-r Əcəmi Naxçıvani 5 n ünvanında yerləşən redaksiyanın yaxınlığındakı obyektdə başlayan yanğın qəzetin və saytın ofisina keçib. 

Hazırda əraziyə Binəqədi rayon yanğısöndürənləri cəlb olunub. 

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edək ki, qəzetin və saytın redaksiyası 2 gün öncə təmirdən sonra istifadəyə verilib. 
yan1.jpg
yan2.jpg
yan4.jpg
yan6.jpg