Bu gün "Avro-2016da 1/4 final mərhələsinə yekun vurulub.
Unikal.org-un məlumatına görə, son bir oyunla sonuncu yarımfinalçının adı bəlli olub.
Meydan sahibi Fransa çempionatda sürpriz nəticələri ilə yadda qalan İslandiya millisi ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Fransa millisi yarımfinala adlayan son komanda olub. 
Xatırladaq ki, Didye Deşamın komandası yarımfinalda Almaniya ilə görüşəcək.