21 dekabr 2015-ci devalvasiyasından sonra Bakı şəhərinin bir sıra satış nöqtələrində kəskin bahalaşan siqaretlərin qiymətlərində əhəmiyyətli ucuzlaşma qeydə alınıb.

Unikal.org Modern.az-a istinadən xəbər verir ki, satış nöqtələrindən ucuzlaşmanın şənbə günündən etibarən baş verdiyini deyilib: "Bəzi siqaretlər şənbə günü,bazar günündən etibarən isə demək olar hamısının qiyməti ucuzlaşıb.

Qeyd edək ki, markasından asılı olaraq siqaretlərin qiyməti 35 faizdən 50 faizə qədər aşağı düşüb.