Mobil operatorun dəstəyi ilə AIESEC təşkilatı tərəfndən "Mədəniyyətlər festivalı keçirildi

29 iyun 2016-cı il tarixdə "Nar operatorunun dəstəyi ilə "Mədəniyyətlər festivalı tədbiri keçirildi. "Global Village AIESEC Azerbaijan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən başlayaraq hər il keçirilən bu rəngarəng və maraqlı mədəniyyət festivalında dünyanın 14 ölkəsindən gəlmiş nümayəndələr dostluq abu-havası yaratmaq və öz mədəniyyətlərini təqdim etmək üçün bir yerə toplaşdılar. Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti və adət-ənənələrindən zövq aldılar.

Tədbirdə "AIESEC Azerbaijan tərəfindən dünyanın müxtəlif ölkələrindən Azərbaycana dəvət olunan və "Need of Clean, "Talk out Loud", "Beyond the Limits", "World for Kids kimi layihələrin iştirakçıları olan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini müxtəlif suvenir, mahnı və rəqs nömrələri ilə təqdim etdilər.

Hər zaman gənclərin müxtəlif ideya və təşəbbüslərini alqışlayan "Nar operatorunun dəstək verdiyi tədbir qonaqlar və iştirakçıların ürəyincə oldu. Mobil operatorun Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası və "AIESEC Azerbaijan ilə tərəfdaşlığı çərçivəsində həyata keçən layihə biri-birindən maraqlı və rəngarəng anlarla yadda qaldı.

"Nar operatorunun digər sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsində almaq olar.