Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik nəticələrini açıqlayıb.

Unikal.org xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlarda 104476 nəfər IX sinif şagirdi, 84589 nəfər XI sinif şagirdi iştirak edib.

Ümumi orta təhsil bazasında (9 illik) imtahan verənlərin Azərbaycan dili fənnindən 20911 nəfəri (20.06%) "2, 47937 nəfəri (45.98%) "3, 21715 nəfəri (20.83), 13694 nəfəri (13.13) "5, Riyaziyyat fənni üzrə isə 26438 nəfəri (25.31%) "2, 39687 nəfəri (37.99%) "3, 19411 nəfəri (18.58%) "4, 18940 nəfəri (18.13) isə "5"qiymət alıb.

Tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanı verən şagirdlərin isə Azərbaycan dili fənnindən 15486 nəfəri (18.34%) "2, 16512 nəfəri (19.56) "5, Riyaziyyat fənnindən 16038 nəfəri (18.96%) "2, 17026 nəfəri (20.13%) "5, Xarici dildən 19908 nəfəri (23.72%) "2, 17011 nəfəri (20.27%) "5, Kimya fənnindən isə 186 nəfəri (27.64%) "2, 42 nəfəri (6.24) isə "5 alıb.