"Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində yeni mədrəsələr fəaliyyətə başlayacaq".

Unikal.org bildirir ki, bunu report-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
O bildirib ki, ölkə rəhbərliyi yeni mədrəsələrin açılması barədə tapşırıq verib: "Mədrəslərin yaradılması prosesinə Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edir. Ölkə rəhbərliyi bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göstəriş verib. Dövlət Komitəsi bu prosesdə iştirak edir. Azərbaycanda yeni mədrəslərin açılması istiqmətində intensiv hazırlıq işləri görülür".
S.Heydərovun sözlərinə görə, Bakıda "Heydər" məscdinin nəzdində, Gəncədə və Lənkəranda mədrəsələrin yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, mədrəsə məzunları Qafqaz Müsəmanları İdarəsi tərəfindən məscidlərə imam və axund qismində təyin olunacaqlar.