Təxminən 50 min adam nəzəri olaraq "gələcəyə bilet alacaq.

ABŞ-da "Timeship kriogen mərkəzinin inşası üzrə layihəyə start verilib. Mahiyyətcə, bu, hansısa müddətdən sonra ölüləri diriltməyə çalışacaq qəbiristanlıq variantıdır. Artıq "Yeni Nuh gəmisi adı verilən mərkəz üçün 150 hektar torpaq sahəsi alınıb. Bu, 15×15 kilometr ölçülü kvadrata uyğundur.

Unikal.org azertag-a istinadən xəbər verir ki, layihə gələcəkdə dirilmək istəyən insanların DNT-nin və orqanlarının qorunmasına istiqamətlənib. Mərkəzin yaradıcıları layihəyə təxminən 375 milyon dollar ayırıb.

Bu işdə təhlükəsizliyə xüsusi diqqət yetirilir. Terror təhlükəsindən tutmuş qlobal istiləşmə ehtimalına qədər kriogen mərkəzin müdafiəsinə böyük vəsait ayrılıb. Mərkəz muxtar enerji şəbəkəsi və günəş batareyaları ilə təchiz olunacaq.