Göyçay şəhərində qəbristanlıq yanıb.

Hadisə bu gün saat 15:30 radələrində Göyçay şəhərinin şimalındakı dağətəyi ərazidə yerləşən qəbristanlıqda qeydə alınıb. Rayon sakinləri Ramazan bayramı günü şəhər qəbristanlığında təmizlik işləri görüblər və dünyasını dəyişən insanların məzarının ətrafındakı kolları və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıq ediblər. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı şəhər qəbristanlığının 1 ha ərazisində quru ot, kol, güllər və həmişəyaşıl ağaclar yanaraq tələf olub. Hadisə zamanı qəbristanlığın kənarındakı dağlıq ərazidə də 1 ha sahə yanaraq külə dönüb.

Faktla bağlı araşdırma aprılır.