Samovarların qiyməti müxtəlifdir. Satışda olan bu məişət əşyalarının qiyməti adətən 30-40 manatdan başlayır və 120 manta qədər gedib çıxır. İndi haqqında bəhs edəcəyimiz samovarın qiyməti isə nə az, nə çox, düz 1500 manadır.

Samovarlar müxtəlif metallardan, əsasən misdən və latundan hazılanır. Qiyməti də materialından və ölçüsündən asılı olaraq dəyişir.

35 ilə yaxındır ki, misgərliklə məşğul olan Şamaxı sakini Fərəc Şirvani deyir ki, bir samovarın hazırlanması ay yarım,2 aya başa gəlir.Onların arasında 1000-1500 manata olanlar da var.

Sakinlərdən bəziləri samovara bu qədər pul verə biləcəyini desə də, bəziləri bunu israfçılıq hesab edir.

Unikal.org "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.