Bu qış Ukrayna istiliksiz qala bilər.

Bunu Kiyevin meri Vitali Kliçko Ukrayna televiziyalarından birinə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, ötən qış isitmə mövsümü Ukraynada pozulmaq təhlükəsi altında idi. Mer bildirib ki, bu ilki mövsümə hazırlıq üçün külli miqdarda pul lazım olacaq. Lakin hazırda "Naftoqaz" şirkəti ölkədəki 104 enerji şirkətinin hesabını dondurub.
Kliçko vurğulayıb ki, bu il Ukraynanın qış mövsümünə hazır olması böyük risk altındadır:
"Bu vəziyyəti həll etmək xahişi ilə aidiyyatı orqanlar hökümətə müraciət ünvanlayıb. Problemi həll etmək üçün dəyirmi masa ətrafına yığışmaq lazımdır".
Bu arada, "Kiyevenerqo" şirkətində bildiriblər ki, şəhər enerji obyektləri yeni istilik mövsümünə hazırlığı dayandırıblar və bu, "Naftoqaz Ukrayna" şirkəti tərəfindən müəssisənin hesablarının dondurulması və cərimə sanksiyalarının qoyulması ilə bağlıdır.